AK müdafiəni gücləndirmək üçün 150 milyard avro ayırmaq istəyir
Avropa Komissiyası Avropa İttifaqı daxilində hava hücumundan müdafiə sistemlərinin istehsalını inkişaf etdirmək və Ukraynaya silah tədarükünü təmin etmək məqsədilə 150 milyard avro ayırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransında bildirib.
“Biz təhlükəli dövrdə yaşayırıq. Avropanın təhlükəsizliyi çox real şəkildə təhdid altındadır” deyə o vurğulayıb.
Ursula fon der Lyayen həmçinin Avropa İttifaqının silahlanma planını təqdim edib və planın ümumi büdcəsinin 800 milyard avro olması nəzərdə tutulur.
O qeyd edib ki, hava hücumundan müdafiə sahəsindəki inkişaf üçün ayrılacaq vəsaitlər kreditlər şəklində veriləcək.
Qiymət Mahir
tag: Avropa Komissiyası ,Ursula Fon Der Leyen, Avropa İttifaqı ,Rusiya ,todaypress.az,