AK prezidenti: "Kiyevin Aİ-yə üzvlüyü təhlükəsizliyin təminatı olacaq"
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması Kiyev üçün təhlükəsizliyin möhkəm təminatı və sülhün bərqərar olması istiqamətində atılmış addım olacaq.
TodayPress xəbər verir ki, bu barədə “European Pravda” nəşri yazıb.
"Biz Ukraynanın Birliyimizə üzvlük yolunu sürətləndirməliyik.
Bu, təkcə Ukraynanın istəyi deyil, həm də təhlükəsizliyin ən güclü təminatı ola bilər" deyə Lyayen bildirib.
O, Ukraynadakı münaqişənin gec-tez bitəcəyini, lakin onun nəticələrinin Avropa qitəsinin bir neçə nəsil üçün gələcəyini formalaşdıracağını vurğulayıb.
tag: Avropa Komissiyası ,Ursula Fon Der Leyen, Avropa İttifaqı ,Rusiya ,todaypress.az,