AK qaz anbarlarının doldurulması tələblərini uzatmağı təklif edir
Avropa Komissiyası (AK) Avropa İttifaqında (Aİ) qaz anbarlarının hər qış mövsümündən əvvəl ən azı 90% doldurulmasını nəzərdə tutan mexanizmin 2027-ci ilin sonuna qədər uzadılmasını təklif edib.
TodayPress xəbər verir ki, qurum bu barədə martın 5-də açıqlama yayıb.
“Bugün Avropa Komissiyası qazın saxlanması qaydalarını 2027-ci ilin sonuna qədər uzatmağı təklif etdi. Hazırkı geosiyasi vəziyyəti və qlobal qaz bazarlarındakı dalğalanmaları nəzərə alaraq, bu qərar Aİ-nin enerji təhlükəsizliyini təmin etməyə və Avropa qaz bazarının sabitliyini qorumağa kömək edəcək” bəyanatda qeyd olunur.
Qeyd edək ki, mexanizm Aİ-də 2022-ci ilin iyununda təsdiqlənib. Avropa Komissiyasının açıqlamasına görə, 90%-lik ehtiyat toplama hədəfi qəbul edildikdən sonra, Aİ hər il bu normanı ötən mövsümlərdə dəfələrlə yerinə yetirib. Təklif Avropa Parlamenti və Avropa Şurasının müzakirəsinə təqdim ediləcək.
Qiymət Mahir
tag: Qaz,Anbar,Avropa İttifaqı,Bazar,Todaypress.az,