AK Trampın ticarət siyasətini tənqid edir
Avropa Komissiyası (AK) ABŞ prezidenti Donald Trampın ticarət sahəsindəki təşəbbüslərini səhv hesab edir və əsassız gömrük tariflərinə sərt cavab vəd edir.
TodayPress xəbər verir ki, bu barədə AK fevralın 14-də bəyanatda yayıb.
"AK prezident Trampın təklif etdiyi qarşılıqlı ticarət siyasətini yanlış istiqamətdə atılan addım kimi qiymətləndirir” deyə bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, Aİ bütün tərəfdaşlara fayda verən açıq və proqnozlaşdırıla bilən qlobal ticarət sisteminə sadiq qalır.
"Aİ dünyada ən aşağı rüsumlara malikdir və ABŞ-nin öz ixracına görə tarifləri qaldırması üçün heç bir əsas görmür. Tariflər vergilərdir. Tariflər tətbiq etməklə ABŞ öz vətəndaşlarını vergiyə cəlb edir, biznes üçün xərcləri artırır, iqtisadi artımı ləngidir və inflyasiyanı artırır”.
Avropa Komissiyasının məlumatına görə, Aİ-nin idxal olunan mallara tətbiq etdiyi orta tarif dünyada ən aşağı tariflərdən biri olaraq qalır. Aİ dünyada ən böyük və ən sürətlə inkişaf edən ticarət sazişləri şəbəkəsinə malikdir və ABŞ-dən üç dəfə çox ticarət sazişləri bağlayıb.
Aysel Mətləb
tag: Aİ,AK,Tramp,ABŞ,todaypress.az,