“Alfred” siklonu: Kvinslend sahillərinə təhlükə yaxınlaşır
Tropik siklon “Alfred” bu həftə Kvinslendin cənub-şərqindəki sıx məskunlaşmış bölgələrə doğru irəliləyə bilər. Ştat rəhbərliyi Bundabergdən Qold-Kosta qədər uzanan ərazidə yaşayan 4 milyondan çox insana xəbərdarlıq edib ki, onların icmaları potensial olaraq fırtınanın təsir zonasına düşə bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Kvinslendin baş naziri Devid Krizafulli bildirib ki, siklon sahilboyu güclü eroziyaya, ani daşqınlara və şiddətli küləklərə səbəb ola bilər.
Martın 2-də Kvinslend sahillərində bəzi çimərliklərdə 14 metr hündürlüyündə dalğalar qeydə alınıb. Meteorologiya Bürosu xəbərdarlıq edib ki, “Alfred” martın 4-ü qərbə doğru istiqamətini dəyişə və martın 6-sı sahilə çata bilər. Hazırda onun dəqiq harada quruya çıxacağı bilinmir, lakin Bundaberg ilə Yeni Cənubi Uels sərhədi arasındakı 450 kilometrlik sahil xətti risk altında görünür.
Kvinslendin ən sıx məskunlaşdığı cənub-şərq bölgəsində yaşayan milyonlarla insan üçün təhlükə artdığından, hakimiyyət martın 2-də rəsmi xəbərdarlıq edib.
Qiymət Mahir
tag: Avstraliya,Fırtına,Təhlükə,Tropik siklon,todaypress.az,