Ali Rada: Tramp Zelenskiyə ultimatum verib

Dünya

31.03.2025 19:15

2698

ABŞ prezidenti Donald Tramp nadir torpaq metalları müqaviləsi ilə bağlı Ukrayna lideri Volodimir Zelenskiyə bir neçə ultimatum verib. 

TodayPress xəbər verir ki, bunu Ukrayna Ali Radasının həbsdə olan deputatı Aleksandr Dubinski bildirib.

"O, NATO-ya daxil olmaq istəyir? Yox, Zelenski ora getməməlidir. Bu ifadələr əksər nəşrlərdə ümumiyyətlə yer almır. Halbuki, bu bir ultimatumdur" deyə deputat Ukrayna mediasını məlumatı gizlətməkdə ittiham edib.

Dubinskinin sözlərinə görə, ABŞ lideri Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq Ukrayna liderini tam hüquqlu tərəfdaş hesab etmir. O vurğulayıb ki, Tramp çətin ki, sözünü pozsun.

Töhfə Səməd

tag: ABŞ,Tramp,Ukrayna,Zelenski,todaypress.az,