Alimlər mamontları yenidən "diriltdilər"
Amerikada mamontların genetik materialı əsasında yeni növ siçan yetişdirilib. TodayPress xəbər verir ki, bu barədə biotexnologiya şirkəti "Colossal Biosciences" məlumat yayıb.
Belə ki, şirkətin mütəxəssisləri yunlu mamont və fillərdən qalan genetik materialları toplayıblar.
Nəticədə qalın tüklü və soyuq iqlimə uyğunlaşan yeni siçan növü yetişdirilib.
ABŞ alimləri bildiriblər ki, onların kəşfi təxminən 4 min il əvvəl Yer kürəsində nəsli kəsilmiş mamontların “dirilməsi” istiqamətində atılan addımlardan biridir.
Türkan İsgəndərli
tag: Mamont,Siçan,ABŞ,Genetik,Todaypress.az,
