Alimlər qaralmayan GMO bananlar hazırladı

Dünya

08.03.2025 11:30

2113

Alimlər genetik modifikasiya olunmuş və qaralmayan bananlar hazırlayıblar. Yeni növ bananlar daha uzun müddət təravətini saxlayır və tullantıların azalmasına kömək edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, bananlar Norviçdə yerləşən Tropic adlı biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Mütəxəssislərin sözlərinə görə, bananlar soyulduqdan sonra 12 saat ərzində sarı və təravətli qalır, həmçinin yığım və daşınma zamanı zədələnməyə daha az meyillidir.

Şirkət artıq yavaş yetişən banan növü də hazırlayıb və bir neçə ölkədə bu məhsul təsdiqlənib. Yeni bananların bu ilin sonuna qədər satışa çıxarılması planlaşdırılır. Bundan başqa, alimlər yavaş solan kahı, zərbəyə davamlı alma və kartof, həmçinin üzüm və yabanı mürəbbənin qırışma sürətini müəyyən edən genlər üzərində də araşdırmalar aparırlar.

Mütəxəssislər bildirirlər ki, dünyada toplanan kənd təsərrüfatı məhsullarının 33%-i istehlak edilmədən atılır. Bananlar isə ən çox tullanan qida məhsullarından biridir. Araşdırmalara görə, Britaniya sakinləri hər gün 1,4 milyon yeyilə bilən bananı zibilə atır. 

Qiymət Mahir

tag: Alimlər,Tədqiqatçılar,Banan,Xarabolma,Todaypress.az,