Alman iqtisadçıdan xəbərdarlıq: Yeni böhran yarana bilər

Dünya

13.04.2025 16:15

14

Almaniyanın Münhen İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst qlobal iqtisadiyyatı təhdid edən amillərlə bağlı xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, bu barədə o, “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə danışıb.

Ekspertin fikrincə, ABŞ təkbaşına dünya iqtisadiyyatını böhrana sürükləməyəcək. Lakin həm Çində, həm də Avropada proteksionizmin (müdafiəçi ticarət siyasətinin) sürətlə yayılması təhlükəli prosesə çevrilə bilər.

Füst qeyd edib ki, əgər bütün əsas iqtisadi güclər səhv istiqamətə yönəlsə, bu, “ciddi iqtisadi böhranla” nəticələnə bilər. Onun sözlərinə görə, amerikalılar etibarlı tərəfdaş imicini itirməkdədir və bu, dünyanın ən böyük iqtisadi gücü olan ABŞ üçün riskli siqnaldır.

“Dünya bazar kapitalizasiyasının üçdə ikisi ABŞ fond bazarının payına düşür. Dollar isə qlobal ehtiyat valyutadır. Əgər bu sistem çökərsə, nəticələr tamamilə gözlənilməz olacaq” deyə iqtisadçı xəbərdarlıq edib.

Qiymət Mahir

tag: Almaniya,İqtisadiyyat,ABŞ,Çİn,Avropa,todaypress.az,