Almaniya ABŞ-nin raketlər planını təsdiqlədi

Dünya

24.03.2025 13:10

971

Almaniya hökuməti 2026-cı ildə ölkə ərazisində ABŞ-nin uzaqmənzilli raketlərini yerləşdirmək niyyətində olduğunu təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın Moskvadakı səfirliyi “İzvestiya”ya məlumat verib.

“Bu qərar 2024-cü ilin iyulunda Berlin və Vaşinqton tərəfindən qəbul edilib və 2023-cü ilin oktyabrında təsdiqlənmiş milli təhlükəsizlik strategiyasına uyğun gəlir” səfirlikdən bildirilib.

Xatırladaq ki, 10 iyul 2024-cü ildə Ağ Ev ABŞ-nin 2026-cı ildən etibarən Almaniyada yeni nəsil uzaqmənzilli raket sistemləri yerləşdirəcəyini açıqlamışdı.

Qiymət Mahir

tag: Almaniya,Raket,ABŞ,Ağ Ev,todaypress.az,