Almaniya Gürcüstan rəsmilərinin ölkəyə girişini məhdudlaşdırır

Dünya

25.03.2025 09:53

1523

Almaniya Xarici İşlər Nazirliyi ölkədə nümayişçilərin dağıdılmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə ölkəyə giriş qadağası qoyub.   

TodayPress xəbər verir ki, bu barədə Almaniya departamentinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. 

Bəyanatda deyilir ki, gürcülər 3 aya yaxındır ki, öz ölkələrinin Avropa İttifaqında gələcəyinə dəstək və hazırkı hakimiyyətin kursuna qarşı etiraz aksiyalarında iştirak edirlər.   

Almaniya rəhbərliyinin sözlərinə görə, gürcü xalqı “təhdid, həbs və zorakılığa” qarşıdır. 

"Bu gün Almaniya buna görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə səyahət qadağası qoyub" bəyanatda deyilir. 

Qeyd edək ki, 2024-cü ilin yazında Gürcüstan parlamenti maliyyələrinin 20%-dən çoxunu xaricdən alan özəl təşkilatlara və media qurumlarına şamil edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Qəbul edilən qanun ölkədə kütləvi etirazlara səbəb olub.

tag: Almaniya,Gürcüstan,Giriş,Qadağa,Məhdudiyyət,Todaypress.az,