Almaniya hakim koalisiya yaradır

Dünya

09.04.2025 16:30

14

Almaniyada Xristian Demokrat və Xristian Sosial Birlikləri (CDU/CSU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlar başa çatıb.   

TodayPress xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.   

Nəşrin məlumatına görə, tərəflər aprelin 9-da Bakı vaxtı ilə saat 17:00-da ictimaiyyətə təqdim olunması planlaşdırılan koalisiya razılaşmasına gəliblər.   

Bildirilir ki, parlament seçkilərində qalib gələn CDU/CSU blokuna Federal Daxili İşlər və Xarici İşlər Nazirliyi də daxil olmaqla 10 nazirlik gedəcək.   

Aysel Mətləb

tag: Almaniya,Koalisiya,Hökümət,CDU/CSU,Todaypress.az,