Almaniya kansleri Ukraynada sülhün şərtini açıqladı

Dünya

15.02.2025 14:50

2165

Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında Ukraynada sülh yalnız suverenliyi qorunacağı halda mümkündür deyib.

TodayPress xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. 

“Diktə olunmuş sülhə heç bir halda dəstək verməyəcəyik” deyə Kansler bildirib.

O, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında Avropanı zəiflədəcək hər hansı üsulun qəbul edilməyəcəyini açıqlayıb.

Kansler həmçinin ölkəsində keçiriləcək növbəti Parlament seçkisinə kənar müdaxilələrin yolverilməzliyindən də danışıb. 

Nicat Osman

tag: Almaniya,Kansler,Olaf Şolts,Ukrayna,Todaypress.az,