Almaniya Kiyevə yeni yardım paketi ayırdı
Almaniya Ukraynaya yardım paketini yeniləyib.
TodayPress xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunub.
Belə ki, təhvil verilən silahların siyahısına "66 MRAP" zirehli texnikası, bir "IRIS-T SLM" raketi, ehtiyat hissələri olan "70 Vektor" kəşfiyyat aparatı və digər silahlar siyahıya daxil edilib.
Yeni paketə həmçinin "Leopard 2" tankları üçün mərmi, dörd "Diehl Defence" kinetik müdafiə maşını, "Gepard SAM"lar üçün 38 000 döyüş sursatı, üç "Zuzana" 2 özüyeriyən artilleriya qurğusu, mina təmizləmə maşını və iki minaaxtaran gəmi əlavə olunub.
Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsü hesab edilir.
Ukrayna-Rusiya münaqişəsi başlayandan bəri Almaniya Kiyevə təxminən 44 milyard avro dəyərində müxtəlif formada dəstək verib.
Aynur TAC
tag: Almaniya, ABŞ, Ukrayna, Sİlah, Yardım, Kiyev, todaypress.az,