Almaniya kreyseri hücuma məruz qaldı
Alman Hərbi Dəniz Qüvvələrinə məxsus "Hessen" kreyserinin içməli su sisteminə tullantı yağı tökülüb.
TodayPress xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
Vilhelmshaven limanında baş verən hadisənin təxribat olduğu bildirilir.
Bildirilib ki, təxribatın məqsədi gəminin fəaliyyətini dayandırmaq olub.
Lakin çirklənmə vaxtında aşkar edildiyi üçün plan baş tutmayıb.
Hazırda polis hadisəni araşdırır, lakin günahkar hələ tapılmayıb.
Nicat Osman
tag: Almaniya,Kreyser,Təxribat,Araşdırma,Todaypress.az,