Almaniya Orbanın cəzalandırılmasını istədi

Dünya

31.03.2025 17:28

1310

Almaniyada seçkilərdə qalib gəlmiş Xristian-Demokratik və Xristian-Sosial İttifaqının (XDS/XSS) lideri Fridrix Mersin başçılıq etdiyi yeni hökumət Macarıstanın baş naziri Viktor Orbanın hüququn aliliyini pozduğuna görə cəzalandırılmasını tələb edir. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.

Almaniya hökuməti Avropa İttifaqına təzyiq göstərərək, “özünü pis aparan” üzv dövlətlərə, xüsusən Macarıstana qarşı daha sərt mövqe tutmağa çağırıb.

Nəşrin yazdığına görə, Berlin Brüsseldən Macarıstanın maliyyələşdirilməsinin dayandırılmasını və bu ölkənin səsvermə hüququndan məhrum edilməsini tələb etməyə hazırlaşır. 

Qiymət Mahir

tag: Viktor ORban,Macarıstan,Almaniya,Cəza,Todaypress.az,