Almaniya ordusunu gücləndirir
"Almaniya Avropanın ən güclü ölkələrindən biridir və hərbi baxımdan digər ölkələr üçün nümunə olmalıdır".
TodayPress xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin (Bundesver) generalı Ralf Hammerstayn deyib.
Onun sözlərinə görə, Almaniyada resurs çatışmazlığına səbəb 1990-cı illərdə Avropada bir çox ölkənin müdafiə xərclərini azaltması olub. Ona görə də Almaniya güclü ordu yaratmaq üçün çalışır.
General əlavə edib ki, Almaniya heç bir dövlətlə müharibəyə hazırlaşmır. Ölkənin əsas məqsədi təhlükəsizliyi təmin etməkdir.
Türkan İsgəndərli
tag: Almaniya,Avropa,Ordu,General,Hərbi,todaypress.az,