Almaniya parlament seçkilərində iştirak edəcək partiyaların sayı açıqlandı
Almaniyada fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərində 29 siyasi partiya iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Seçkilər Avropa İttifaqının iqtisadi mühərriki hesab edilən ölkənin növbəti dörd il üçün gələcəyini müəyyən edəcək.
Seçki məntəqələri Bakı vaxtı ilə saat 11:00-da açılacaq və saat 21:00-da bağlanacaq. Dərhal sonra "ARD" və "ZDF" televiziya kanalları ilk exit-poll məlumatlarını dərc edəcəklər. İlkin rəsmi nəticələr fevralın 24-ü gecə, yekun nəticələr isə növbəti günlərdə açıqlanacaq.
Töhfə Səməd
tag: Almaniyad,Parlament ,Seçki,Növbədənkənar ,Avropa İttifaqı,todaypress.az,