Almaniya Putinə güzəştə getməyəcək

Dünya

31.03.2025 09:30

1948

Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbeyl Ukrayna münaqişəsi fonunda  Rusiya lideri Vladimir Putinə hər hansı güzəştin mümkünlüyünü rədd edib.   

TodayPress xəbər verir ki, bu barədə “N-tv” yazıb. 

Onun sözlərinə görə, Rusiya prezidenti münaqişənin həlli üçün danışıqlar məsələsində heç bir addığm atmadığına görə, indi Putinə təklif vermək lazım deyil.   

Klinqbeyl döyüşləri dayandırmağa çağırıb və heç bir güzəşt olmayacağına əmin olduğunu bəyan edib.   

O, həmçinin Rusiyanın enerji təchizatının bərpası məsələsinə baxmaqdan imtina edib.

Siyasətçi vurğulayıb ki, bu məsələdə Berlin üçün geriyə yol yoxdur.   

SPD həmsədri deyib ki, Almaniya daha sadəlövh olmayacaq.

tag: Almaniya,Ukrayna,Berlin,Rusiya,Todaypress.az,