Almaniya Rusiyanın atəşkəslə bağlı tələblərini rədd etdi
Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın Ukraynada müvəqqəti atəşkəslə bağlı tələblərini qəbuledilməz adlandırıb.
TodayPress xəbər verir ki, o, Almaniyanın “ZDF” telekanalına müsahibə verib.
Nazir bildirib ki, hərbi əməliyyatların dayandırılması uzunmüddətli sülhə zəmanət vermir.
“Bu, qəbuledilməzdir. Atəşkəs sülh müqaviləsi deyil. Dünya bizim hələ əldə etmədiyimiz təhlükəsizlik zəmanətlərini tələb edir” deyə Pistorius vurğulayıb.
Aysel Mətləb
tag: Almaniya,Rusiya,Atəşkəs,Rədd,Todaypress.az,