Almaniya Trampı hədələdi
Almaniyanın İqtisadiyyat naziri Robert Habek ABŞ prezidenti Donald Trampı tariflərə görə qisas alacağı ilə hədələyib.
TodayPress xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.
“Görürəm ki, Donald Tramp təzyiq altında geri addım ataraq bəyanatlarını dəyişəcək. Daha sonra kimin daha güclü olduğunu görəcəyik” deyə Habek bildirib.
Nazir qeyd edib ki, Avropa dövlətləri və onların müttəfiqləri Ağ Ev rəhbərinə təzyiq göstərmək üçün birlikdə çalışmalıdırlar.
Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolts da Trampın tarif qərarını qlobal ticarət nizamına zərbə kimi qiymətləndirərək, onu kökündən yanlış addım adlandırıb.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Almaniya,Tarif,Hədə,Todaypress.az,