Almaniya Trampın tariflərinə “qızılla cavab verəcək”

Dünya

05.04.2025 18:50

2967

Almaniya prezident Donald Trampın Aİ- yə tətbiq etdiyi rüsumlara cavab olaraq 113 milyard avro dəyərində olan 1200 ton qızılını ABŞ-dən geri almağı düşünür. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. 

Məqalədə deyilir:   

“Almaniya Donald Trampın gözlənilməz siyasətləri ilə bağlı narahatlıqlara görə Nyu-York anbarından nəhəng qızıl ehtiyatını çıxarmağı düşünür”. 

Qeyd edək ki, Almaniya ABŞ-dən sonra dünyada ikinci ən böyük qızıl ehtiyatına sahib ölkədir.   

İndi Almaniyanın növbəti hökumətinə rəhbərlik edəcək mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) partiyasının yüksək vəzifəli şəxsləri Vaşinqton artıq etibarlı tərəfdaş olmadığı üçün qızılları geri almağı müzakirə edirlər. 

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının yeni sistemini tətbiq edib. 

Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq.

tag: ABŞ,Almaniya,Qızıl,Ehtiyat,Todaypress.az,