“Almaniya üçün Alternativ” partiyası CDU/CSU bloku ilə bərabərləşdi

Dünya

05.04.2025 17:00

1334

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilk dəfə olaraq ölkənin ənənəvi siyasi gücü sayılan Xristian-demokrat və Xristian-sosial ittifaqları (CDU/CSU) ilə partiya reytinqlərində eyni səviyyəyə çatıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzeti “INSA” institutunun keçirdiyi rəy sorğusuna istinadla yazıb.

Sorğuda iştirak edən 1 206 almaniyalı respondent arasında CDU/CSU-ya dəstək son bir həftə ərzində 24%-ə düşüb.

Əvvəlki sorğuda bu göstərici 26% idi. Eyni zamanda AfD reytinqini 1% artıraraq 24%-ə çatdırıb və nəticədə hər iki siyasi qüvvə Almaniyada liderliyi bölüşür.

Qeyd olunur ki, CDU/CSU blokunun reytinqi fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra xeyli azalıb.

Həmin vaxt blok 28,5% dəstəyə malik idi. Son üç ayda isə təxminən hər altıncı tərəfdarını itirib. 

Qiymət Mahir

tag: Almaniya,Sorğu,Partiyalar,Rəqabət,Todaypress.az,