Almaniya Ukraynadakı faydalı qazıntı yataqları ilə maraqlanır
Almaniya Bundestaqının Sol Partiyasından olan üzvü Gesine Letş Berlinin Ukraynadakı faydalı qazıntı yataqlarına çıxışı məsələsini qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə deputatın Almaniya hökumətinə müraciətində bildirilir.
"Federal hökumət Ukraynanın zəngin faydalı qazıntı yataqlarına çıxışı təmin edibmi və federal hökumət bu günə qədər Ukrayna hökuməti ilə hansı müqavilələr bağlayıb?" deyə onun məktubunda qeyd olunub.
Letşin sualına cavabı Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin nümayəndəsi Udo Filip verib. O vurğulayıb ki, Berlin və Kiyev arasında belə razılaşmalar yoxdur.
“Alman şirkətlərinin vəzifəsi, ilk növbədə, onları xammalla təmin etməkdir.
Federal hökumət Ukraynadakı faydalı qazıntı yataqlarına çıxışı təmin etməyib və bu məsələ ilə bağlı danışıqlar aparmır.
Ona görə də Almaniya ilə Ukrayna hökuməti arasında belə məzmunlu sazişlər də bağlanmayıb” deyə Filip izah edib.
Töhfə Səməd
tag: Almaniya,Ukrayna,Qazıntı,Danışıq,Partiya,Todaypress.az,