Almaniya Ukraynaya əlavə 7,27 milyon avro ayırdı
Almaniyanın İqtisadiyyat, Ticarət və İqlim Mühafizəsi Nazirliyi Ukraynanın enerji infrastrukturunun bərpasına dəstək məqsədilə əlavə 7,27 milyon avro ayırdığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu vəsait Ukrayna üçün yaradılmış Enerji Birliyinin Enerji Dəstək Fonduna yönləndiriləcək.
Sözügedən fonda Almaniya 2022-ci ildən etibarən qoşulub və bir çox beynəlxalq donor ölkələrlə birlikdə fəaliyyət göstərir.
“Rusiyanın Ukraynanın mülki enerji infrastrukturuna hücumları davam edir. Bu hücumlar Ukrayna xalqına ağır zərbə vurur. Almaniya bu fövqəladə vəziyyətə reaksiya olaraq Enerji Dəstək Fonduna töhfəsini yeniləyir. Belə çətin zamanlarda Ukraynalı tərəfdaşlarımızın yanındayıq” deyə Almaniyanın iqtisadiyyat naziri, tezliklə postunu tərk edəcək Robert Habek bildirib.
Ukrayna Fond vasitəsilə sıradan çıxmış enerji infrastrukturunun bərpası üçün ehtiyat hissələri və avadanlıqlar alır. Xarici satınalma agentliyinin vasitəçiliyi ilə Enerji Birliyi tenderlər təşkil edir və vəsaitlərin xərclənməsinə nəzarət edir.
Bu mexanizm Ukrayna enerji şirkətlərinə dağıdılmış elektrik şəbəkələrini və stansiyalarını bərpa etməyə imkan verir. Almaniyanın ianələri həm də Ukrayna enerji sisteminin dayanıqlığını uzunmüddətli perspektivdə artırmağa yönəlib.
Bunun üçün vəsaitin bir hissəsi “yaşıl” enerji keçidi layihələrinə ayrılır və bu layihələr Ukraynanın mərkəzsizləşdirilmiş enerji sisteminin gələcək inkişafı üçün baza yaradır.
Qiymət Mahir
tag: Almaniya,Ukrayna,Yardım,Milyon,Avro,Todaypress.az,