Almaniya Ukraynaya yeni yardım paketi təqdim etdi
Almaniya Ukraynaya təhvil verilən silahların siyahısını yeniləyib.
TodayPress xəbər verir ki, bu Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında göstərilib.
Bildirilib ki, “24 MRAP” zirehli texnikası, “IRIS-T SLM” üçün 1 raket, ehtiyat hissələri olan 50 “Vektor” kəşfiyyat aparatı və digər silahlar yeni siyahıya daxildir.
Bundan əlavə, yeni paketə “Leopard 1” tankları və “Marder” piyada döyüş maşınları üçün mərmi, 3 “Gepard ZSU”, “Gepard” üçün 10 min patron, 5 min 155 millimetrlik top mərmisi, 2 min 122 millimetrlik mərmi daxildir. Berlin həmçinin Kiyevə 30 “Gereon RCS” yerüstü pilotsuz uçan aparatı, 30 dron aşkarlama sistemi, ehtiyat hissələri ilə birlikdə 2 “Wisent 1” zirehli minatəmizləmə maşını, 100 “H-PEMBS” portativ minatəmizləmə dəsti və 2 mina trolu təhvil verib.
Yeni paketə həmçinin 556 lazer məsafəölçən, 255 infraqırmızı durbin, iki sərhəd maşını, 8000 120 mm-lik minaatan mərmisi, 95 “MK 556” avtomatik tüfəng, 1340 “HK 416” avtomat tüfəng və 487 000 ilk tibbi yardım dəsti daxildir. Aysel Mətləb
tag: Almaniya,Ukrayna,YArdım,Paket,Todaypress.az,