Almaniya və Britaniya indeksləri gerilədi
Avropanın aparıcı fond birjaları həftənin son ticarət gününü əsasən enişlə tamamlayıb. İstisna olaraq, İspaniyanın “IBEX 35” indeksi yüksəliş göstərib.
TodayPress xəbər verir ki, Avropa şirkətlərini təmsil edən “Stoxx Europe 600” indeksi 0,6% azalaraq 549,67 bəndə düşüb.
Böyük Britaniyanın “FTSE 100” indeksi 0,63%, Almaniyanın “DAX” indeksi 0,47%, Fransanın “CAC 40” indeksi 0,63%, İtaliyanın “FTSE MIB” indeksi isə 0,39% geriləyib. Bununla yanaşı, İspaniyanın “IBEX 35” indeksi 0,33% artıb.
Almaniya ikinci həftə ardıcıl mənfi nəticə göstərib, baxmayaraq ki, Bundesrat (parlamentin yuxarı palatası) dövlət borcunun tənzimlənməsi ilə bağlı islahatları təsdiqləyib və 500 milyard avroluq yeni iqtisadi fond yaradıb.
“Deutsche Bank” analitikləri Almaniya iqtisadiyyatı üçün 2026 və 2027-ci illər üzrə proqnozlarını yaxşılaşdırsa da, 2025-ci il üçün artım proqnozunu 0,5%-dən 0,3%-ə endirib.
Qiymət Mahir
tag: Almaniya,Britaniya,İndeks,İqtisadi fond,todaypress.az,