Almaniya xarici hərbi kontingent yerləşdirməyə başladı

Dünya

01.04.2025 18:44

862

Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq xaricdə daimi hərbi kontingent yerləşdirməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.

Bildirilib ki, Berlin bu addımı NATO-nun şərq cinahını gücləndirmək və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cavab olaraq atır.

Litvada yerləşdiriləcək yeni zirehli briqadanın tərkibində 5000 hərbçi olacaq. Bölmə tam tərkibdə 2027-ci ilə qədər döyüşə hazır vəziyyətə gətiriləcək və Vilnüsdən təxminən 30 kilometr cənubda yerləşən Rudninkayda inşa ediləcək yeni hərbi bazada dislokasiya olunacaq.

O vaxta qədər alman qoşunları Litvanın müvəqqəti bazalarından fəaliyyət göstərəcək.

NATO üçün bu yerləşdirmə alyansın “çevik müdafiə ilə qoruyucu çəkindirmə” strategiyasına keçidində mühüm mərhələ sayılır.

Qiymət Mahir

tag: Almaniya,Berlin,Litva,Hərbi kontingent,todaypress.az,