Almaniya XİN: Almaniya Ukraynaya dəstəyi davam etdirəcək

Dünya

29.04.2025 18:00

9

Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. 

TodayPress xəbər verir ki, bunu Almaniyanın gələcək xarici işlər naziri Cohan Vadephul bildirib.

O, Rusiya prezidenti Vladimir Putinə müraciət edərək vurğulayıb ki, Almaniya Ukraynanın tərəfində olacaq və ona Rusiya ilə bərabər mövqedə olmaqda kömək edəcək.

Vadephul həmçinin bu mövqeyini ABŞ prezidenti Donald Trampa çatdırmaq istədiyini bildirib. Onun sözlərinə görə, Almaniya Vaşinqtona izah etmək niyyətindədir ki, güclü Ukraynanın dəstəklənməsi ABŞ-nin də maraqlarına uyğundur.

Türkan İsgəndərli

tag: Almaniya,Ukrayna,Dəstək,Rusiya,todaypress.az,