Almaniya XİN rəhbəri ilk səfərini Ukraynaya etdi

Dünya

09.05.2025 14:20

14

Almaniyanın yeni xarici işlər naziri Yohan David Vadeful nazir təyin olunduqdan sonra ilk xarici səfərini Ukraynaya edib. 

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Bildirilir ki, o, mayın 9-da Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirildiyi Lvov şəhərinə gəlib. 

Vadeful Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, bu həftə Almaniyada keçirilən seçkilər nəticəsində yeni hökumət formalaşıb. Olaf Şoltsun yerini Fridrix Merts tutub və o, ölkənin yeni kansleri seçilib. Vadeful isə onun hökumətində xarici işlər naziri təyin olunub.

Türkan İsgəndərli

tag: Almaniya,Ukrayna,XİN,Şolts,todaypress.az,