Almaniyada avtomobil izdihamın üzərinə sürüb, ölən var
Almaniyanın qərbində yerləşən Manheim şəhərində avtomobilin kütləyə çırpılması nəticəsində azı bir nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə "Mannheimer Morgen" nəşri məlumat yayıb.
İlkin məlumata görə, avtomobil Paradeplatz ərazisində izdihamın üzərinə çıxıb. Xilasetmə xidmətləri hadisə yerindədir.
Şəhər polisi sakinlərdən şəhər mərkəzinə getməməyi xahiş edib.
"Bild" yazır ki, avtomobilin sürücüsü artıq saxlanılıb.
Töhfə Səməd
tag: Almaniya,Manheim,Avtomobil,Kütlə,Paradeplatz ,todaypress.az,