Almaniyada bankdan 10 milyon avro oğurlandı
Almaniyanın Lübek
şəhərində cinayətkarlar 326 seyfi sındıraraq bankdan 10 milyon avro
oğurlayıblar.
TodayPress “Bild”
nəşrinə istinadən xəbər verir ki, hadisə “Deutsche Bank”ın filialında baş verib.
Məlumata görə, bankın
saxlanc hissəsində nə kameralar, nə də hərəkət sensoru olub.
Polisin məlumatına görə,
cinayətkarlar çantalarını pul, qızıl və qiymətli kağızlarla doldurub, daha
sonra avtomobillə naməlum istiqamətə gediblər.
İnsidentdən sonra bank təhlükəsizlik
tədbirlərini gücləndirib, müştəriləri bank işçiləri və mühafizəçilər seyfdə
müşayiət edirlər.
Bununla belə, zərər çəkmiş
əmanətçilər başqa problemlə üzləşirlər: “Deutsche Bank” təzminatı ödəməkdən
imtina edir.
Cinayətkarlar hələ də tapılmayıb, polis araşdırmalarını davam etdirir.
“Deutsche Bank”
nümayəndəsi hadisəni şərh etməkdən imtina edib.
tag: Polis, Pul, Qızıl, Bank, Almaniya, todaypress.az,