Almaniyada baş vermiş ağır qəzada 13 nəfər yaralandı

Dünya

08.03.2025 23:30

1680

Almaniyanın Şlezviq-Holştayn federal torpağında dörd avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 13 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Tıxacda avtomobillərin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb" məlumatda bildirilib. 

Yaralananlardan doqquzu xəstəxanaya yerləşdirilib. 

Onların durumu açıqlanmayıb.

 

tag: Almaniya, Avtomobil, DPA, Xəstəxana,DPA, todaypress.az,