Almaniyada ekofəallar “Tesla” mağazasına hücum etdilər
Almaniyada ekofəallar yenidən aktivləşib. Bu dəfə onların hədəfi Tesla mağazası olub. Berlindəki “Mall of Berlin” ticarət mərkəzində yerləşən mağazanın vitrini mavi boyayla örtülüb.
TodayPress xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb.
Bildirilib ki, bir qrup ekofəal ticarət mərkəzinə daxil olaraq “Tesla”nın şourumunu boyaya bulayıb və etiraz aksiyası təşkil edib. Aksiya iştirakçılarından bəziləri “Cəmiyyətimiz sağçılar üçün oyuncaq deyil” və “Yeni nəsil” kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Həmçinin, amerikalı sahibkar İlon Maskın üzəri qırmızı xəttlə çəkilmiş fotosu olan plakat da nümayiş etdirilib.
Lakin etirazçılar çox davam gətirə bilməyiblər. Hadisə yerinə polis gəlib və aksiyanı dayandırıb. İndi ekofəallar barəsində istintaq başladılıb.
Qiymət Mahir
tag: Almaniya,Ekofəal,Tesla,Etiraz,todaypress.az,