Almaniyada miqrasiya siyasəti sərtləşdirilə bilər

Dünya

08.03.2025 23:40

1361

Almaniyada Xristian-Demokratik və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku ilə Sosial-Demokrat Partiyası miqrasiya siyasətinin sərtləşdirilməsi barədə razılığa gəlib.

TodayPress xəbər verir ki, bu barədə Almaniyada Xristian-Demokratik və Xristian-Sosial İttifaqı lideri Fridrix Mers ilkin məsləhətləşmələrin nəticələrini şərh edərkən bildirib.

 Onun sözlərinə görə, partiyalar qeyri-qanuni miqrasiyanın azaldılması üçün bütün lazımi hüquqi tədbirləri görməyi planlaşdırır. Hakimiyyətə gəldikləri halda sərhəd nəzarətini gücləndirəcəklər və bu, ölkəyə girişlərin daha çox rədd edilməsinə səbəb olacaq.

Bundan əlavə, yeni qanunvericilikdə miqrasiyanın məhdudlaşdırılması əsas hədəf kimi müəyyən ediləcək. Qaçqınların, o cümlədən Əfqanıstan vətəndaşlarının Almaniyaya könüllü qəbul proqramları dayandırılacaq. Eyni zamanda, müəyyən kateqoriyadan olan miqrantların ailələrini Almaniyaya gətirmək imkanı ləğv ediləcək və polisə daha geniş səlahiyyətlər veriləcək.

tag: Almaniya, Xristian,Qanunvericilik, Miqrasiya, Demokrat, todaypress.az,