Almaniyada tətil: Minlərlə reys ləğv edildi
Almaniyanın 13 hava limanında 24 saatlıq tətil başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.
Məlumata görə, tətillər saat 23:59-a dək (Bakı vaxtı ilə 02:59-a dək) davam edəcək.
Tətillər Berlin, Bremen, Hamburq, Hannover, Dortmund, Düsseldorf, Münhen, Ştutqart, Frankfurt am Mayn, Köln/Bonn və Leypsiq/Halle hava limanlarını əhatə edir.
Tətil nəticəsində, Almaniyanın böyük hissəsində hava nəqliyyatı iflic olub. 3400-dən çox reys ləğv edilib.
Türkan İsgəndərli
tag: Almaniya,Reys,Ləğv,Hava limanı,Todaypress.az,