Almaniyada tramvayla yanacaq tankerinin toqquşdu: Ölənlər var

Dünya

11.03.2025 22:30

1084

Almaniyanın Baden-Vürtemberq əyalətində tramvay ilə yanacaq tankeri toqquşub.

 

TodayPress “Bild” qəzetinə istinadla xəbər verir ki, dəmir yolu keçidində baş verən ağır qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.

 

Toqquşmadan sonra güclü yanğın baş verib. Hadisə yerinə 60-dan çox yanğınsöndürən və xilasedici heyət və helikopter cəlb olunub. Tramvaydakı sərnişinlər və xəsarət alanlar təxliyə ediliblər. Hadisə nəticəsində tramvay və tanker tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

 

Qəzanın səbəbləri araşdırılır.

 

tag: Almaniya, Tanker, Baden, Tramvay, Ölüm, Yaralı, todaypress.az,