Almaniyada yeddi "Tesla" avtomobili alovlandı
"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq
icmasında yerləşən avtosalonun yaxınlığında firmaya məxsus yeddi avtomobil
yanıb.
TodayPress "Spiegel"ə
istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
"Martın 29-də təxminən saat
03:30-da avtomərkəzin ərazisində "Tesla" markalı yeddi elektromobil
alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.
Yanğın təkcə avtomobillərə
deyil, salon binasına da ziyan vurub - darvazalar əriyib. Zərər ilkin olaraq
yüz minlərlə avro olaraq qiymətləndirilir.
Yanğının səbəbləri hələlik məlum
deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
tag: Tesla, Almaniya, Avtosalon, Yanğın, Polis, todaypress.az,