Almaniyada yeni hökumətin tərkibi açıqlandı

Dünya

28.04.2025 15:45

11

Almaniyanın yeni kansleri, Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merts nazirliklərin rəhbər vəzifələrinə namizədləri barədə qərar verib.

TodayPress xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Merts dövlət enerji şirkətinin keçmiş rəhbəri Katerina Reyçenin iqtisadiyyat və energetika naziri vəzifəsinə, yeni yaradılan Rəqəmsallaşma Nazirliyinin rəhbəri vəzifəsinə isə “MediaMarkt” konserninin rəhbəri Karsten Uildberqerin namizədliyini irəli sürüb.

Xarici işlər naziri İohann Vadeful olacaq. 62 yaşlı Vadeful keçmiş zabitdir.

Torsten Fray xüsusi işlər üzrə nazir, Patrik Şnayder isə nəqliyyat naziri olacaq.

Karin Prin Təhsil Nazirliyinə, Nina Uorken isə Səhiyyə Nazirliyinə rəhbərlik edəcək.

Mədəniyyət və media işlərinə tanınmış jurnalist və naşir Volfram Veymer baxacaq, Bundestaq üzvü Kristian Şenderleyn isə idman naziri olacaq.

tag: Almaniya,Hökümət,Tərkib,Açıqlama,Todaypress.az,