Almaniyadan Ukraynaya 11 milyardlıq yardım
Almaniya Ukraynaya 2029-cu ilə qədər 11 milyard avrodan çox hərbi yardım ayıracaq.
TodayPress xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb.
Bildirilib ki, təkcə bu il Ukraynaya 3 milyard avro veriləcək.
Bundan əvvəl Böyük Britaniya 2024-2025-ci illər üçün Ukraynaya 236,8 milyon funt sterlinq ayırıb.
Həmçinin Britaniya hava hücumundan müdafiə sistemləri üçün 5 min raketin alınması üçün əlavə 1,6 milyard funt sterlinq yardım edəcəyini bəyan edib.
Türkan İsgəndərli
tag: Almaniya,Ukrayna,Hərbi,YArdım,Todaypress.az,