Almaniyadan Ukraynaya yeni yardım
Almaniya Aİ-nin təşəbbüsü çərçivəsində Kiyevə 500 min artilleriya mərmisi göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.
Bununla yanaşı Kiyevə növbəti illərdə daha dörd "IRIS-T" sistemi, 300 idarə olunan raket və 100 radar daxil olmaqla yeni hərbi yardım göndəriləcək.
Bura həmçinin 15"Leopard 1A5" tankı, 300 kəşfiyyat pilotsuz təyyarəsi, 25 "Marder" piyada döyüş maşını, 14 artilleriya qurğusu və 100 minə yaxın artilleriya mərmisi daxil olacaq.
Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsüdür.
Türkan İsgəndərli
tag: Almaniya,Ukrayna,Hərbi,Yardım,Todaypress.az,