Almaniyanın hərbi xərcləri rekord həddə çatdı
Almaniyanın hərbi xərcləri 2024-cü ildə 28 faiz artaraq 88,5 milyard dollara yüksəlib.
TodayPress xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatında qeyd olunub.
Bildirilib ki, ölkə bu göstərici ilə ABŞ, Çin və Rusiyadan sonra dünyada dördüncü yerə çıxıb.
Rusiyanın müdafiə xərcləri isə 149 milyard dollar təşkil edib. İlk beşlikdə Hindistan da yer alıb.
Qeyd edək ki, Almaniya mart ayında müdafiə xərclərinə dair borc məhdudiyyətlərini ləğv edib, bu da xərclərin daha da artırılmasına şərait yaradıb. NATO ölkələrinin ümumi hərbi xərcləri isə 1,5 trilyon dollara çatıb və bu, dünya üzrə 2,72 trilyon dollarlıq hərbi büdcənin yarıdan çoxunu təşkil edir.
Qiymət Mahir
tag: Almaniya,Hərbi xərc,Rekord,Dünya,todaypress.az,