Almaniyanın mümkün yeni XİN rəhbərinin adı açıqlandı
Almaniyada Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün əsas namizəd Xristian-Demokratik İttifaqının (XDS) üzvü, Ukraynanın dəstəkçisi olan Yohan Vadeful hesab edilir.
TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Vadeful daha əvvəl Bundestaqda XDS/XSS blokunun sədr müavini olub və son həftələrdə Almaniyanın yeni xarici işlər naziri postuna ən perspektivli namizəd kimi göstərilir.
O, bildirib ki, Almaniya Ukraynanın qələbəsini istəyir, lakin “Taurus” raketlərinin tədarükü hazırkı hökumət dövründə, may ayından əvvəl mümkün olmayacaq.
Qiymət Mahir
tag: Almaniya,Ukrayna,Xarici işlər naziri,Dünya,todaypress.az,