Almanlar erməniləri Aİ-də görmək istəmir

Dünya

14.02.2025 15:35

1529

Almaniya sakinləri Ermənistan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulmasını istəmir.

TodayPress xəbər verir ki, bu barədə “ANNA News” məlumat yayıb. 

Bildirilib ki, Münhen konfransı ərəfəsində jurnalistlər Almaniya sakinləri arasında sorğu keçirib.

Respondentlər Ermənistan, Ukrayna və Moldovanın Aİ-yə qoşulmasını dəstəkləmədiklərini bildirib.

Sorğuda iştirak edən almanlar bu ölkələrin təhlükəsizliyini maliyyələşdirmək istəmədiklərini və onların Aİ-yə inteqrasiyasında yalnız risk gördüklərini vurğulayıb.  Onların fikrincə, bu prosesin yeganə potensial faydası həmin dövlətlərin təbii ehtiyatlarına çıxış əldə etmək ola bilər. 

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib.

Nicat Osman

tag: Almaniya,Ermənistan,Sorğu,Moldova,Ukrayna,Todaypress.az,