Altayda güclü zəlzələ baş verdi
Altay Respublikasında (Rusiya Federasiyası)
Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Todaypress xəbər verir ki, bu barədə Avropa-Aralıq
dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat
08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
tag: Altay, Zəlzələ, Təlafat, Dağıntı, todaypress.az,