Alyaskada itkin düşən təyyarənin sərnişinləri həlak olub

Dünya

08.02.2025 10:12

1368

Alyaskada 7 fevralda itkin düşən təyyarənin bütün sərnişinlərinin həlak olduğu açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

“Sahil Mühafizəsinin məlumatına görə, Alyaskanın qərbində qəzaya uğrayan kiçik təyyarədə olan on nəfərin hamısı həyatını itirib” deyə məlumatda bildirilir. 

Açıqlamada qeyd olunur ki, xilasedicilər indiyədək yalnız üç nəfərin cəsədini tapıblar.

Bununla belə, mütəxəssislər yerdə qalan yeddi nəfərin cəsədinin də təyyarənin içində olduğunu ehtimal edirlər.  Məlumata görə, təyyarə Nom şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Qiymət  Mahir

tag: Alyaska,Associated Press,Sərnişin,Ölüm,Təyyarə,Todaypress.az,