Amerika kəşfiyyat təyyarəsi Krım ətrafında

Dünya

04.03.2025 18:46

2351

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Krım sahilləri yaxınlığında Qara dəniz üzərində uçub. 

TodayPress xəbər verir bu barədə "Flightradar" izləmə xidməti məlumat yayıb.   

Məlumata görə, "Boeing P-8A Poseidon" uzaqmənzilli radar kəşfiyyat təyyarəsi İtaliyanın Siqonella aviabazasından (Siciliya) havaya qalxıb və Qara dəniz üzərində bir neçə uzun uçuşlar etdikdən sonra yenidən Siciliyaya yollanıb. Uçuşun məqsədi məlum deyil.

Türkan İsgəndərli

tag: Amerika,Kəşfiyyat,Təyyarə,Krım,Todaypress.az,