Amerikalı ekspert: “Qərb məğlubiyyəti gecikdirməyə çalışır”

Dünya

03.05.2025 15:20

13

Qərb Ukraynanın Rusiyayla müharibədə məğlubiyyətini sadəcə gecikdirməyə çalışır. 

TodayPress xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan zabiti, hərbi analitik Daniel Deyvis “YouTube” kanalına müsahibəsində deyib.

Onun fikrincə, Qərbin hərbi yardımları Ukraynanın qələbəsini təmin edə bilməyəcək, əksinə, Kiyevin danışıqlardakı mövqeyini zəiflədərək onu istənilən şərtləri qəbul etməyə məcbur edəcək.

“O nöqtəyə gəlib çatmışıq ki, Ukraynanın hərbi məğlubiyyətini önləmək artıq mümkün deyil. Avropa nə silah, nə təchizat, nə də təlimlə bu prosesə real dəstək verə bilər. Bu, qeyri-mümkündür” deyə o bildirib.

Deyvis əlavə edib ki, sülh sazişi imzalamaq üçün zaman sürətlə tükənir və ABŞ ya bu qərarı özü verməli olacaq, ya da başqaları onsuz qərar verəcək.

Qiymət Mahir

tag: Qərb,Ukrayna,Rusiya,ABŞ,todaypress.az,