Amerikalılar Qrenlandiya ilə birləşmək istəmir

Dünya

07.04.2025 10:57

12

Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın Kanada və Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxıb.   

TodayPress xəbər verir ki, bu, "The Wall Street Journal"ın keçirdiyi sorğuda öz əksini tapıb. 

Seçicilərin təqribən 62%-i Trampın Qrenlandiya və Kanadanı ABŞ ərazisinə qoşmaq barədə fikirlərini pisləyib. 

25% bu ölkələrə nəzarət etməyin yaxşı fikir olduğunu və ABŞ-nin milli təhlükəsizliyini gücləndirəcəyini bildirib. 

Qalan 13% suala cavab verməkdə çətinlik çəkib.   

Türkan İsgəndərli

tag: ABŞ,Sorğu,Qrenlandiya,Tramp,Todaypress.az,