Amerikalılar "Tesla" maşınlarını yandırmağa başladılar
ABŞ hökumətinin səmərəliliyi agentliyinin rəhbəri, iş adamı İlon Maska mənfi münasibət bəsləyən amerikalılar "Tesla" avtomobillərini, dilerləri və enerji doldurma məntəqələrinə qarşı vandalizm aktları törədirlər.
TodayPress xəbər verir ki, bu barədə "NBC" polisə istinadən məlumat yayıb.
Bildirilib ki, son bir neçə həftə ərzində ən azı 10 belə hal qeydə alınıb.
"Yanvarın 29-da 40 yaşlı qadın “Loveland” dilerində dayanmış “Cybertruck”a “Molotov kokteyli” atıb. Qadın daha sonra bir neçə dəfə "molotov kokteyli" ilə avtosalonlara gələrək onu yandırmağa cəhd edib. O, binanın üzərinə “Nasist maşınları” ifadəsini də çəkib. Qadın polis tərəfindən saxlanılıb" deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, Boston yaxınlığında bir neçə "Tesla" doldurma stansiyası yandırılıb, martın 6-da Oreqon ştatında "Tesla" dilerinə bir neçə dəfə atəş açılıb. Telekanalın məlumatına görə, insidentlərin heç birində xəsarət alan olmayıb.
Töhfə Səməd
tag: ABŞ,Tesla,Loveland, İlon Mask,Cybertruck,todaypress.az,